İdman
16.04.2018 / 15:00

Yubileyə həsr olunan yarış keçirilib- FOTO

Yubileyə həsr olunan yarış keçirilib-

Aprelin 14-də Аzərbаycаn Pоlisinin 100 illik yubileyinə həsr olunmuş cüdo üzrə DİN çempionatı keçirilib.

DİN İdman Cəmiyyətində keçirilən bu yarışda ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən ümumilikdə 10 komandadan 80 idmançı qələbə uğrunda mübarizə aparıblar.
Gərgin keçən yarışlarda iştirakçılar arasında qaliblər müəyyənləşib. Komanda birinciliyində ilk üçlükdəƏlahiddə Çevik Polis Alayı, DİN Daxili Qoşunlarının Baş İdarəsi və Polis Akademiyasının əməkdaşları qərarlaşıblar.

Müvafiq olaraq öz çəki dərəcələrində güclərini sınayan K.Məmmədli (62 kiloqram, DQ), R.Diniyev (66 kiloqram, PA), F.Mikayılov (73 kiloqram, Gəncə ŞBPİ), A.Fətullayev (81 kiloqram, ƏÇPA), H.Cəbiyev (90 kiloqram, ƏÇPA), K.Abdullaxanlı (100 kiloqram, BMİ) və A.Mehrəliyev (+100 kiloqram, ƏÇPA) yarışın baş mükafatını qazanaraq çempion olublar.

Sonda qaliblərə medallar, diplomlar vəqiymətli hədiyyələr təqdim olunub.

Yubileyə həsr olunan yarış keçirilib-


Yubileyə həsr olunan yarış keçirilib-


Yubileyə həsr olunan yarış keçirilib-


Yubileyə həsr olunan yarış keçirilib-


Yubileyə həsr olunan yarış keçirilib-


Yubileyə həsr olunan yarış keçirilib-


Yubileyə həsr olunan yarış keçirilib-


Yubileyə həsr olunan yarış keçirilib-


Zeyni Hüseynov/DİN Mətbuat Xidmətinin əməkdaşı

Baxış sayı: 23