Hüquq
16.04.2018 / 13:56

Saxta yuyucu vasitələr satan şəxs saxlanılıb

Saxta yuyucu vasitələr satan şəxs saxlanılıbGəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində müxtəlif ərazilərdə səyyar formada saxta yuyucu vasitələrinin satılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən İnform.az-a verilən xəbərə görə, məlumatla əlaqədar Gəncə ŞBPİ-nin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbirlərlə “Ford-Transit” markalı avtomobil müəyyən edilərək şəhər ərazisində saxlanılıb.

Polis əməkdaşları Gəncə şəhər sakini Rail Abdıyevin idarə etdiyi avtomobildən zavod istehsalı olmayan 401 ədəd məişətdə istifadə edilən yuyucu kimyəvi maddə (Fairy), 297 ədəd boş “Ariel” salafan paketləri və 1 ədəd həmin paketlərin qablaşdırılması üçün istifadə edilən ütü aşkar ediblər.

Götürülən maddi sübutlar ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Baxış sayı: 139