Hüquq
16.04.2018 / 12:31

Avtomobil oğruları saxlanıldılar

Avtomobil oğruları saxlanıldılarDİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Gəncə şəhər sakini R.Əliyev “VAZ-2106” markalı avtomobilinin gecə saatlarında şəhər ərazisindən qaçırıldığını bildirib.

DİN-in Mətbuat xidmətindən İnform.az-a verilən xəbərə görə, məlumatla əlaqədar Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Avtomobil Gülüstan qəsəbəsinin ərazisində tapılıb.

Avtomobili qaçırmaqda şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Gəncə şəhər sakinləri Sərxan Mahmudov və əvvəllər məhkum olunmuşlar - Tural Rüstəmov və Məcid Sultanov olduqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

İnform.az

Baxış sayı: 116