UNEC ilə Türkiyənin İnönü Universitetinin alimləri birgə tədqiqat aparacaqlar

UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, sənədə əsasən, tərəflər müəllim, bakalavr, magistr, doktorant və tədqiqatçıların mübadiləsini həyata keçirəcək, o cümlədən ortaq elmi araşdırmalar aparacaq, birgə elmi nəşrlər üzərində çalışacaq, seminar və konfranslar təşkil edəcəklər.
Rektor, professor Ədalət Muradov İnönü Universitetinin rektoru, professor Ahmet Kızılayın rəhbərlik etdiyi nümayəndə heyətinə UNEC-in inkişaf strategiyasının istiqamətlərindən söz açıb, dünyanın tanınmış universitetləri ilə həyata keçirilən ikili diplom proqramları barədə məlumat verib.
UNEC-lə tanışlıqdan məmnunluğunu bildirən professor, Ahmet Kızılay İnönü Universitetinin UNEC-in zəngin təcrübəsindən yararlanmaq istədiyini bildirib. O, UNEC-in magistratura və doktorantura təhsilini yüksək qiymətləndirərək, bu sahədə əməkdaşlığın onlar üçün faydalı olacağını bildirib.
Görüşdə elmi-tədqiqat sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Texniki peşələr üzrə kadr hazırlığında birgə əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Tərəflər Mevlana mübadilə proqramının genişləndirilməsi və Erasmus+ mübadilə proqramında əməkdaşlıq imkanlarını müzakirə ediblər.
İnform.az
Baxış sayı: 36

Digər xəbərlər:

“UNEC yeni iqtisadi təhsil modeli yaradıb”-
12 mart / 14:56
Thomson Reuters:
12 mart / 11:33
UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada-
21 fevral / 13:17
““UNEC ekspert” jurnalında məqalələrlə çıxış etməklə maraqlıyıq”-
08 fevral / 16:38
UNEC alimləri tədqiqatlarını Türkiyədə davam etdirirlər
07 fevral / 12:15
UNEC-də doktorantura təhsilində elmi rəhbərlik:
31 yanvar / 12:00
Məzunlar UNEC-də-
11 aprel / 10:16
UNEC-lə Ankara və Qazi universitetləri əməkdaşlığın yeni mərhələsində-
20 mart / 21:10
Beynəlxalq Türk Akademiyasının prezidenti UNEC-də
26 aprel / 17:33
Universitetlər birgə fəaliyyətə başlayır
21 sentyabr / 09:59