Dünya, Siyasət
16.04.2018 / 10:45

“Suriyadakı əməliyyat çərçivəsində ölən olmayıb” - Makron

“Suriyadakı əməliyyat çərçivəsində ölən olmayıb” -

“ABŞ, Böyük-Britaniya və Fransanın Suriyaya zərbələri insan tələfatına səbəb olmayıb”.

İnform.az-ın ordu.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Fransa prezidenti Emmanuel Makron bəyan edib.

“Bizim Birləşmiş Ştatlar və Böyük Britaniyadan olan müttəfiqlərimizlə birlikdə Suriyada həyata keçirdiyimiz əməliyyat çərçivəsində heç kəs həlak olmayıb”, - deyə Makron bildirib.

O qeyd edib ki, bu zərbələr Suriyaya müharibə elan edilməsi demək deyil.

İnform.az

Baxış sayı: 18