Baş xəbər, Hüquq
16.04.2018 / 09:10

"Ötən gün Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib"- DİN-in məlumatı

"Ötən gün Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib"-Ötən gün Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 170 cinayət faktı qeydə alınmış, onların da 25-i “isti izlər”lə açılıb.

DİN-in Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olub.

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 11 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

İnform.az


Baxış sayı: 27