Dünya, Din
15.04.2018 / 22:09

"Dünyada hazırkı mövcud vəziyyət məni dərindən narahat edir..."- Roma Papası

"Dünyada hazırkı mövcud vəziyyət məni dərindən narahat edir..."-
Roma papası Fransisk Suriyada baş verən hadisələrlə bağlı narahatçılığını ifadə edib.

Inform.az “Report” xəbər verir ki, bu barədə "Vatican News" nəşri məlumat yayıb.

"Dünyada hazırkı mövcud vəziyyət məni dərindən narahat edir, beynəlxalq ictimaiyyətin əlində alətlərin olmasına baxmayaraq, Suriya və dünyanın digər bölgələrində sülh naminə ümumi fəaliyyəti razılaşdırmaqda çətinliklər var", - deyə o bildirib.

Bununla yanaşı pontifik dünya liderlərini Yer kürəsində və regionda sülhün üstünlüyünü təmin etməyə çağırıb.

İnform.az

Baxış sayı: 21