Dünya, Mədəniyyət
16.04.2018 / 10:30

Yunanlı kimi qidalan...

Yunanlı kimi qidalan...

Yunan mətbəxinin sirri yeməyin birgə yeyilməsindədir. Məhz bu səbəbdən Yunanıstanda süfrəyə çoxlu miqdarda cürbəcür xörəklərdən verilir ki, masanın arxasında əyləşən hər kəs onlardan yesin.

Yunan mətbəxinin dörd dayağı var: təzə inqrediyentlər, göyərti və ədviyatların məharətli istifadəsi (dağda və kənd yerlərindən yığılmış), füsunkar zeytun yağı və xörəklərin sadəliyi. Təsadüfi deyil ki, dünya ölkələrin arasında Yunanıstanın ən aşağı ürək və ürək-damar xəstəliklərin göstəricisi var.

Zeytun – Tanrının hədiyyəsi…

Hələ qədim zamanlarda insanlar zeytun yağı çox yüksək qiymətləndirirdi. Kəsilməyi hətta ölüm cəsası ilə cəzalandırılan zeytun ağacı kulta çevrilmişdi. Hal hazırda, Yunan mətbəxinin demək olar ki, bütün xörəklərində çoxlu miqdarda zeytun yağından istifadə olunur. Yunanıstanda istifadə olunan zeytun yağı çox yüksək keyfiyyətə malikdir və onun sağlamlıq üçün bir çox faydası var. Zeytun yağı pis xolesterin səviyyəsini aşağı salır; onun tərkibində E, A vitaminləri və başqa təbii antioksidantlar var.

Yunanlı kimi qidalan...


Yunanlı kimi qidalan!

Yunanlılar yaxşı yeməyi sevir və bu səbəbdən ləzzətli mətbəxi çox yüksək qiymətləndirlər. Yunanlının ləzzətli suvlaki yemək üçün uzaq bir məsafədə yerləşən restorana getməsi adi bir haldır.

Doyumlu nahar etdikləri üçün Yunanlıların səhər yeməyi yungül olur. Peçenye ilə bir fincan qəhvə normal səhər yeməyi sayılır. Preslənmiş kəsmik və qaymaqlı pendirlərdən həmçinin çox istifadə olunur.

Ən çox nahar vaxtı yeyilən yeməklər – tzatziki adlanan tərkibində sarımsaq və təzə xiyar olan yoqurt və ya bişirilmiş balıqla verilən Yunan salatı və ya musaka adlanan badımcan zapekankasıdır.

Yunanlı kimi qidalan...


Zeytun yağının təsnifatı:

Extra Virgin – turşuluq miqdarı 1% aşağı olan yağ

Sopraffino Virgin – turşuluq miqdarı 1.5% aşağı olan yağ

Fino Virgin – turşuluq miqdarı 3% aşağı olan yağ

Virgin – turşuluq miqdarı 4% aşağı olan yağ/kayzen.az

Baxış sayı: 73