Baş xəbər, Müsahibə
14.04.2018 / 17:25

Beşiktaşda daşa dönən adam- VİDEO

Beşiktaşda daşa dönən adam-

Cümhuriyyətin daxili işlər naziri Behbud xan Cavanşirin məzarının Azərbaycana gətirilməsi müzakirə olunub.

Behbud xan Cavanşirdən danışanda həmişə deyirlər ki, o, sülhpərvər insan olub. Ermənilərlə müsəlmanlar arasındakı ixtilafı dinc yolla nizama salmaq onun ən böyük arzusu idi.

1918-ci ilin Bakı qırğınlarında da 8 il bir sinifdə oxuduğu Stepan Şaumyanla danışıqları Behbud xan Cavanşir aparıb. Amma ən sonunda yenə də erməni gülləsinə tuş gəldi.

“Aktual Müsahibə” verilişində bu nəslin nümayəndəsi, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov olub. Qonaq çıxışında Behbud xan Cavanşirlə olan qohumluğundan danışıb.

O, bildirib ki, Cavanşir nəslindən Bakı şəhərində az insan qalıb.

“Behbud xan Cavanşir də Qarabağ xanı Pənahəli xanın nəticəsidir. Onun nəslindəndir”, - deyə Natiq Məmmədov bildirib.

O, müsahibə zamanı Behbud xan Cavanşir barədə maraqlı hadisələrdən danışıb. Daha ətraflı videoda baxa bilərsiz:



İnform.az

Baxış sayı: 224