Hüquq
14.04.2018 / 17:06

"İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb" BŞBPİ

"İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb"Aprelin 14-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

İnform.az
DİN-in Mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1000 (min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

İnform.az

Baxış sayı: 104