Dünya, Hərbi
14.04.2018 / 13:45

"Hava zərbələrinin hədəfi Suriyada hərbi münaqişənin sona çatdırılmasıdır"- İbrahim Kalın

"Hava zərbələrinin hədəfi Suriyada hərbi münaqişənin sona çatdırılmasıdır"-
Suriyanın Duma şəhərindəki kimyəvi hücum cavabsız qalmadı.

İnform.az Trend-in məlumatına istinadən xəbər verir ki, bunu Suriyaya Qərb koalisiyası tərəfindən endirilən aviazərbələri şərh edən Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

O bildirib ki, hava zərbələrinin hədəfi Suriyada hərbi münaqişənin sona çatdırılmasıdır.

Xatırladaq ki, gecə saatlarında ABŞ, Böyük Britaniya və Fransa Silahlı Qüvvələri Suriyada kimyəvi hədəflərə hava zərbələri endiriblər.

Zərbələr zamanı 100-dən çox raket buraxılıb. Əməliyyat zamanı 3 nəfərin xəsarət aldığı bildirilib.

İnform.az

Baxış sayı: 22