Dünya, Hərbi
14.04.2018 / 13:40

“Qərb koalisiyasının Suriyaya zərbələrini dəstəkləyirəm”- Tusk

“Qərb koalisiyasının Suriyaya zərbələrini dəstəkləyirəm”-

“Birləşmiş Ştatlar, Fransa və Böyük Britaniyanın Suriyaya zərbələr endirməsini dəstəkləyirəm”.

Ordu.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqı Şurasının sədri Donald Tusk bəyan edib.

“ABŞ, Böyük Britaniya və Fransanın zərbələri Suriya ilə birlikdə İran və Rusiyaya bu insanlıq faciəsinin davam edə bilməyəcəyini göstərdi. Ən azından bunun üçün yüksək qiymət ödəmədən.

Avropa İttifaqı öz müttəfiqləri ilə ədalətin tərəfində olacaq”, - deyə Tusk bildirib.

İnform.az

Baxış sayı: 13