Hüquq
14.04.2018 / 13:28

Narkotik tərkibli bitkilər və silah götürülüb

Narkotik tərkibli bitkilər və silah götürülübSabirabad Rayon Polis Şöbəsinə Yenikənd kəndi ərazisindəki həyətyanı sahələrdən birində narkotik tərkibli bitkilərin yetişdirilməsi barədə əməliyyat məlumatı daxil olub.

Bu barədə İnforma.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə kənd sakini Elnur Qənizadəyə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 40 ədəd çətənə kolu, 19 ədəd çətənə şitili, həmçinin müvafiq sənədləri olmayan ov tüfəngi və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Daxil olmuş digər məlumatlar əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qarağac kənd sakini Sərvan Mahmudovdan və Qaragüney kənd sakini Hafiz Məlikovdan müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngləri götürülüb.

Faktlarla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

İnform.az



Baxış sayı: 143