Baş xəbər, Dünya, Hərbi
14.04.2018 / 13:24

İrandan ABŞ-a Suriya xəbərdarlığı

İrandan ABŞ-a Suriya xəbərdarlığı

"Bu hadisə region üçün pis nəticələnə bilər..."

İran Xarici İşlər Nazirliyi ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya endirdiyi zərbələri qətiyyətlə pisləyib.

İnform.az Real TV-yə istinadən xəbər verir ki, bu barədə “Al-Manar” telekanalı məlumat yayıb. Verilən məlumata görə, İran bu hücumun çox pis nəticələr verəcəyi barədə xəbərdarlıq edib.

“İranın Xarici İşlər Nazirliyi Suriyaya üçqat təcavüzü pisləyir və onun region üçün pis nəticələnə biləcəyi barədə xəbərdarlıq edib”, - məlumatda qeyd olunub.

Bildirilib ki, Qərb Suriyaya terrorçular məğlubiyyətə uğradıqları üçün zərbə endirib.

Qeyd edək ki, gecə saatlarında ABŞ, Böyük Britaniya və Fransa Silahlı Qüvvələri Suriyada kimyəvi hədəflərə hava zərbələri endiriblər. Əməliyyat 50 dəqiqə davam edib.

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ, Böyük Britaniya və Fransa tərəfindən Suriyaya hərbi zərbələr endirilməsinə münasibət bildirib. Rəsmi açıqlamada əməliyyatın Türkiyə tərəfindən məmnunluqla qarşılandığı qeyd olunub.

İnform.az

Baxış sayı: 28