Sağlamlıq
14.04.2018 / 10:33

Böyrəklər üçün ən ziyanlı İKİ MƏHSUL

Böyrəklər üçün ən ziyanlı
İldən ilə bütün dünyada böyrək çatışmazlığı halları artır. Son zamanlar mütəxəssislər bu xəstəliyin xeyli cavanlaşmasını qeyd edir.

Böyrəklərin sağlamlığına bir çox faktorlar təsir edir. Bu faktorların arasında qida vərdişlərimiz də çox böyük rol oynayır.

İnform.az saglamolun.az-a istinadən bildirir ki, Briqxem Qadın xəstəxanasının (ABŞ) mütəxəssisləri 11 il ərzində 3 min insanın iştirakı ilə araşdırma aparıblar. Araşdırmada qida vərdişlərinin böyrəklərin sağlamlığına olan təsiri araşdırılıb.

Alimlər belə nəticəyə gəliblər ki, böyrəklərin sağlamlığına əsas ziyan vuran duz (duzlu qidalar nəzərdə tutulur) və şirin qazlı içkilərdir.

Bu məhsulların qidalanmada artıqlığı böyrəklərin fəaliyyətini zəiflədir. Belə ki, gün ərzində 2 və bundan artıq stəkan şirin qazlı içki böyrəklərin fəaliyyətini 2 dəfə zəiflədir.

Bundan əvvəl aparılmış araşdırma qazlı içkilərin beyinə olan mənfi təsirini sübut edib.

İnform.az

Baxış sayı: 315