Maqazin
14.04.2018 / 09:58

"O, əfsanədir. O, çevrilişdir..."- Röyadan Aygün haqqında...(Video)

"O, əfsanədir. O, çevrilişdir..."-
Əməkdar artist Röya Ayxan xalq artisti Aygün Kazımovanın bir müddət əvvəl paylaşdığı arxiv video haqda danışıb.

İnform.az axşam.az-a istinadən xəbər verir ki, Röya Aygünün bunu barışıq üçün etdiyinə inanmadığını bildirib:

"O jest deyil. Jest odur ki, mən "Altın kelebek" alanda şəklimi paylaşardı. Deyərdi ki, təbrik edirəm. Onda gedib onun əlindən öpərdim. Amma o, belə paylaşım etməz".

Sənətçi xalq artisti ilə küsülü olsa da, onun haqda xoş sözlər deyib:

"O, əfsanədir. O, çevrilişdir. O, gözəl xanımdır. O, əsl şou qadınıdır. Amma mən oxuyanda, o ağlayırdı".

Qeyd edək ki, R.Ayxan bunları “Baku.ws”ın canlı yayımında vurğulayıb.

Xatırladaq ki, Aygün Kazımova bir müddət əvvəl müəllimi, bəstəkar Vaqif Gərayzadəni ad günü münasibətilə təbrik edən maraqlı video yayımlayıb.

2002-ci ildə Heydər Əliyev Sarayında keçirilən “Gələrsiz-görərsiz” konsertindən olan videoda Kazımovanın küsülü olduğu bir çox məşhurlar - əməkdar artist Tünzalə Ağayeva, Röya Ayxan, müğənnilər Samir Bağırov, Natavan Həbibi, Elnarə Xəlilova və aparıcı Kamran Həsənli də yer alıb.



İnform.az

Baxış sayı: 299