Baş xəbər, Hüquq
14.04.2018 / 08:55

"Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin üstü açılıb"-

"Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin üstü açılıb"-Ötən gün Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 96 cinayət faktı qeydə alınmış, onların da 22-si “isti izlər”lə açılıb.

DİN-in Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

İnform.az


Baxış sayı: 18