Dünya
13.04.2018 / 11:20

Türkiyə Tiflis Beynəlxalq Qafqaz Turizm Sərgisində

Türkiyə Tiflis Beynəlxalq Qafqaz Turizm Sərgisində
Türkiyə Gürcüstanda keçirilən 20-ci Tiflis Beynəlxalq Qafqaz Turizm Sərgisində (Ekspo Georgia 2018) geniş heyətlə təmsil olunur.

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təqdimat Müşavirliyindən İnform.az-a verilən məlumata görə, aprelin 12-dən 14-dək davam edəcək tədbirdə Türkiyədən AYB Holidays, Nevşehir, Artvin, Trabzon mədəniyyət və təbliğat büroları, Alanya Turizm Təbliğatı Vəqfi kimi təşkilat və şirkətlər iştirak edir.

Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət müşavirliyindən verilən məlumata görə, qonşu Gürcüstanda ölkənin turizm potensialını daha dolğun və cəlbedici tanıtmaq məqsədilə sərgidə zəngin milli folklar nümunələri təqdim olunur.

Sərgidə yeni tərtibatda hazırlanan Türkiyə pavilyonunui ziyarət edənlər ənənəvi üsulla hazırlanan türk qəhvəsi ilə lokum, paxlava kimi dadlı təamlara qonaq edilir. Eyni zamanda, ziyarətçilər zərgər Feridun Pekeş, çini (dulusçuluq) ustası Sevgi Vardanlı İnal, və digər sənət ustaları tərəfindən əl işlərinin hazırlanması ilə yaxından tanış olurlar.

Bundan başqa sərgi ərzində Türkiyənin məşhur musiqi sənətçisi Udi Serkan Ünun ifasında hər gün canlı musiqi proqramları təqdim olunur. Həmçinin, Türkiyə ziyarətçilər arasında “Şans qutusu” lotereya oyunu keçirir.

Hər gün qutudan adı çıxan 2 nəfərə Tiflis-İstanbul aviabileti hədiyyə olunur.

Qeyd edək ki, sərgi çərçivəsində Türkiyə ilə Gürcüstanın turizm təşkilatı və şirkətləri arasında işgüzar görüş keçirilməsi planlaşdırılıb.

İnform.az

Baxış sayı: 148