Elm-təhsil
13.04.2018 / 18:44

Əməkdaşlıq zəminində tədbirlər keçirilir- FOTO

Əməkdaşlıq zəminində tədbirlər keçirilir-

AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunda Miosen dövrünün paleocoğrafi şəraitini öyrənmək məqsədi ilə Avstriyanın Montan və Qraz Texnologiya universitetlərindən Bakıya ezam olunmuş əməkdaşların iştirakı ilə görüş keçirilib.

İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, Akademik Ramiz Məmmədov görüş iştirakçılarını salamlayaraq, tədbirin bu 3 elm müəssisəsi arasında elmi və təcrübi əməkdaşlığın inkişafına zəmin yaratdığını diqqətə çatdırıb.

4.5 saat davam edən mini konfransda “LightHouse” şirkətinin Azərbaycan bölməsinin dəstəyi ilə Avstriyadan dəvət olunmuş Montan Universitetinin Neft geologiyası bölməsinin rəhbəri, professor Reinhard Sachsenhofer, Graz Texnologiya Universitetinin şöbə müdiri Dr Andre Baldermann, Cİ-nin Paleocoğrafiya şöbəsinin rəhbəri, c.ü.e.d. Yelena Tağıyeva, Geologiya və Geofizika İnstitutunun elmi işçisi Şəfəq Bayramova və “BP Caspian” şirkətinin əməkdaşı Nazim Abdullayev mövzu ilə əlaqədar məruzələrlə çıxış edib.

Dr Andre Baldermann Coğrafiya İnstitutunun akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən növbəti elmi seminarında "Şərqi Paratetizin Miosen dövrünün paleoiqlimi" mövzusunda məruzə edib. Seminarda Geologiya və Fizika İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Əkbər Feyzullayev və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri, aqrar üzrə fəlsəfə doktoru Vilayət Həsənov da iştirak ediblər. Onların təklifi ilə qərara alınıb ki, ümumi maraq doğuran məsələlər müzakirə edilərkən uyğun elmi müəssisələrin nümayəndələri də dəvət olunsunlar.

Təqdim edilən məruzə Qraz Texniki Universitetinin Tətbiqi Yer elmləri İnstitutu ilə Cİ-nin Paleocoğrafiya şöbəsinin birgə apardıqları tədqiqat işinin mövzusudur. Qraz Texniki Universitetində bu məqsədlə mineraloji, geokimyəvi analizlər aparılmışdır. Dr Andre Baldermann məhz həmin elmi işi müzakirə etmək üçün LightHouse Azərbaycan bölməsinin maliyyə dəstəyi ilə Azərbaycana ezam olunmuşdur.

Səfər müddətində Dr Baldermann Coğrafiya İnstitutunda gənc alimlər və tələbələr üçün bir sıra mövzularda məruzələr oxumuşdur.
Bununla yanaşı, Avstriyadan gələn qonaqlar Cİ Paleocoğrafiya şöbəsinin elmi işçiləri Abdullayev Elşən və Ağayeva Vüsalə, BDU və ADNSU-nun tələbələri Ələsgərov Ələsgər, Bayramov Zaurla birgə tədqiqat aparılacaq Şamaxı-Qobustan, İslamdağ ərazndə çöl ekspedisiyasında iştirak edib, orada yer səthinə çıxmış alt və orta Miosen yaşlı çöküntülərin olduqları sahələrə baxış keçirib, kəsilişlərlə yaxından taniş olub, gələcəkdə birgə əməkdaşlıq üçün doğru kəsilişlər seçiblər.

Əməkdaşlıq zəminində tədbirlər keçirilir-


Əməkdaşlıq zəminində tədbirlər keçirilir-


İnform.az

Baxış sayı: 57