Elm-təhsil
13.04.2018 / 11:20

Naxçıvan təpə yaşayış yerinin arxeoloji tədqiqatlarına həsr olunan yeni nəşr

Naxçıvan təpə yaşayış yerinin arxeoloji tədqiqatlarına həsr olunan yeni nəşrAMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları tərəfindən “Naxçıvan təpə yaşayış yerində arxeoloji tədqiqatlar” adlı kitab üç dildə (Azərbaycan, ingilis, rus) nəşr olunub.

Bölmənin İnformasiya şöbəsindən İnform.az-a verilən məlumata görə, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva, Turan Həşimova, Kamran Mehbalıyev və Elmar Baxşəliyevinhəmmüəllifi olduqları 264 səhifəlik kitab bölmənin Rəyasət Heyətinin qərarı ilə çap olunub.

Nəşrdə AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi altında ötən il Naxçıvan şəhəri ərazisindəCənubi Qafqazın ən qədim Eneolit abidəsi olan Naxçıvan təpə yaşayış yerində aparılan arxeoloji araşdırmaların nəticələri öz əksini tapıb.

Arxeoloji tədqiqatların nəticələri Naxçıvan təpə yaşayış yerinin Eneolit dövrünün erkən mərhələsinə aid olduğunu, Naxçıvan şəhərində məskunlaşmanın 8 min il bundan əvvəl başlandığı təsdiq edib. Müəlliflər yeni yaşayış yerinin tədqiqinin yalnız Azərbaycanın deyil, bütövlükdə bütün Cənubi Qafqazın Eneolit mədəniyyətinin ardıcıl mərhələlərini öyrənmək baxımından əhəmiyyətli olduğunu bildirirlər.
Məlumat üçün onu da qeyd edək ki, karbon nümunələri İtaliyanın Lesse şəhərində analiz edilib. Yaşayış yerinin alt təbəqəsindən götürülən kömürün analizi e.ə. 4945-ci ili göstərib.

İnform.az

Baxış sayı: 146