Hərbi
13.04.2018 / 10:44

Gənclər həqiqi hərbi xidmətə yola salınırlar

Gənclər həqiqi hərbi xidmətə yola salınırlar

Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yola salma tədbirləri keçirilir.

Azərbaycan Respublikası Prezidentinin ”Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” 6 mart 2018-ci il tarixli 3756 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində 2000-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1983–1999-cu illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yola salma tədbirləri keçirilir.

Gənclərin növbəti hərbi xidmətə yola salınması mərasimləri mərkəzi və yerli icra hakimiyyət orqanları, müvafiq dövlət qurumları, millət vəkilləri, rayon ağsaqqalları, veteranlar, KİV və QHT təmsilçiləri və gənc çağırışçıların ailə üzvlərinin yaxından iştirakı ilə böyük sevinc və bayram əhval ruhiyyəsində həyata keçirilir. İctimaiyyət nümayəndələri, o cümlədən rayon ağsaqqalları, veteranlar, keçmiş döyüşçülər həqiqi hərbi xidmətə yola düşən gənclərə uğurlar arzulayır, onlara verilən hər bir hərbi tapşırığın dərhal yerinə yetirməyin və Vətənin keşiyində ayıq-sayıq durmağın əhəmiyyətindən danışırlar.

Çağırışçı gənclər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında şərəflə vətənin müdafiəsinə, işğal altında olan torpaqlarımızın azad edilməsinə hazır olduqlarını bildirirlər/ordu.az

Baxış sayı: 154