Hüquq
13.04.2018 / 09:43

Daxili orqanında narkotik vasitə və psixotrop maddə aşkar edildi

Daxili orqanında narkotik vasitə və psixotrop maddə aşkar edildiDaxili orqanında narkotik vasitə və psixotrop maddə aşkar edildiAstara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin Sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

İnform.az
DGX-nin Mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, yoxlama zamanı, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinədən keçirilib.

Nəticədə, vətəndaşın düz bağırsağında cəmi 4 ədəd bükümdə olmaqla, xalis çəkisi 99,869 qram narkotik vasitə - heroin və xalis çəkisi 31,686 qram psixotrop maddə - metamfetamin aşkar edilib.

İnform.az

Baxış sayı: 45