Baş xəbər, Hüquq
13.04.2018 / 09:15

"Cinayətdə təqsirli bilinən 17 nəfər saxlanılıb"- DİN-in məlumatı

"Cinayətdə təqsirli bilinən 17 nəfər saxlanılıb"-Ötən gün Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 100 cinayət faktı qeydə alınmış, onların da 15-i “isti izlər”lə açılıb.

DİN-in Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

İnform.az

Baxış sayı: 38