Hüquq
12.04.2018 / 19:00

İstintaq təcridxanalarına mobil telefon keçirilməsinin qarşısı alınıb

İstintaq təcridxanalarına mobil telefon keçirilməsinin qarşısı alınıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 3 saylı İstintaq təcridxanasına mobil telefon aparatlarının keçirilməsi cəhdlərinin qarşısı alınıb.

İnform.az Pentensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 144.2.1; 144.2.3; 144.2.4; 144.2.5; 144.2.6; 181.3.2; 182.3.2; 66.3; 67.1 və 317.2.1-ci maddələri ilə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Şahbazov Elməddin Aləddin oğlunun yanına qısamüddətli görüşə gələn qardaşı Salyan rayon sakini Şahbazov Elşən Aləddin oğlunun əşyalarına və üzərinə baxış keçirilən zaman alt paltarının içində gizlətdiyi sellofan bükülüdə daxilində danışıq kartı olan 1 ədəd Samsung markalı mobil telefon aparatı aşkar edilmişdir.

Həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 29,120.2.1 və 228.1-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rəhimov Azər Mirağa oğlu 3 saylı İstintaq təcridxanasına qəbul olunarkən əşyalarına və üzərinə baxış keçirilən zaman ona məxsus əl çantasında olan ayaqqabının içində gizlədilmiş 1 ədəd HTC markalı mobil telefon aparatı, 1 ədəd qidalandırıcı naqil və 3 ədəd danışıq kartı aşkar edilmişdir.

Hər iki faktla bağlı araşdırma aparılır.

İnform.az

Baxış sayı: 25