Elm-təhsil
12.04.2018 / 17:18

APA-nun Fizika fakültəsinin tələbələri AMEA-nın Fizika İnstitutunda olublar

APA-nun Fizika fakültəsinin tələbələri AMEA-nın Fizika İnstitutunda olublarAzərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) II kurs tələbələri fizika aylığı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda qonaq olublar.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, elm və təhsilin inteqrasiyası sahəsində təşkil olunan görüşdə məqsəd tələbələrdə elmə marağı artırmaq, onların bilik və bacarıq səviyyəsinin yüksəldilməsi olub.

ADPU-nun Fizika fakültəsinin “Fizika müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrə İnstitutunun alimləri bu elmi müəssisənin fəaliyyəti, İnnovasiya sektorunda quraşdırılan müasir avadanlıqlar, laboratoriyalarda yerinə yetirilən elmi-tədqiqat işləri haqqında, həmçinin fizika sahəsində əldə olunan ən son yeniliklərdən məlumat veriblər.

İnform.az

Baxış sayı: 23