Elm-təhsil
12.04.2018 / 17:08

BANM-ın tələbələri Kompleks Qazma İşləri Trestində işləyəcək

BANM-ın tələbələri Kompleks Qazma İşləri Trestində işləyəcək

Bakı Ali Neft Məktəbində (BANM) SOCAR-ın Kompleks Qazma İşləri Tresti və tələbələr arasında görüş keçirilib.

BANM-ın Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, görüşdə BANM-ın rektoru Elmar Qasımov, Trestin Qazma departamentinin rəisi Əli İsayev, Xarici əlaqələr şöbəsinin rəisi Orxan Qurbanzadə, qazma mühəndisi Orxan Salmanov və digər məsul əməkdaşları, həmçinin Ali Məktəbin II, III və IV kurs “Neft-qaz mühəndisliyi” ixtisasının tələbələri iştirak ediblər.

Görüşü Ali Məktəbin rektoru Elmar Qasımov öz səmimi sözlərilə açaraq qazma işləri və qazma mühəndislərinin neft sənayesində ən böyük rola malik olduğunu qeyd edib. Bu cür məsuliyyətli peşəyə kadr axtararkən BANM-ın tələbələrinə üstünlük verilməsindən sevindiyini bildirən Elmar Qasımov bu etimada görə Kompleks Qazma İşləri Trestinin rəhbərliyinə təşəkkürünü bildirib. Rektor qeyd edib ki, neft-qaz sektoru üzrə yüksək ixtisaslı, ingilis dilli mühəndislər hazırlayan BANM-ın tələbələrinin ən çətin işin öhdəsindən gələ biləcəyinə əmindir.

Kompleks Qazma İşləri Trestinin Qazma departamentinin rəisi Əli İsayev isə öz çıxışında şirkət və onun fəaliyyəti haqqında məlumat verib, tələbələrə onlar üçün yaradılacaq şəraitdən, istehsalat təcrübələrindən və iş imkanlarından söz açaraq onları doğma SOCAR-da çalışmağa ruhlandırıb.

İnform.az

Baxış sayı: 230