Hüquq
12.04.2018 / 14:50

Azərbaycanda beş Şri Lanka vətəndaşı saxlanılıb

Azərbaycanda beş Şri Lanka vətəndaşı saxlanılıb
Dövlət Miqrasiya Xidmətinin Dövlət Sərhəd Xidməti ilə birgə qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 5 nəfər Şri-Lanka vətəndaşı saxlanılıb.

İnform.az DMX-ın İçtimaiyyətlə əlaqələr şöbəsinin məlumatına istinadən bildirir ki, araşdırma zamanı Şri-Lanka vətəndaşlarının Azərbaycan-İran-Türkiyə marşrutundan istifadə etməklə qanunsuz yollarla Avropaya getmək üçün Azərbaycana gəldikləri müəyyən edilib. Belə ki, qeyd olunan şəxslərin Avropaya aparılmasının Fransada yaşayan Sangal, Türkiyədə yaşayan Usmandar, İranda yaşayan Zəki adlı şəxslərdən ibarət beynəlxalq dəstə tərəfindən təşkil edildiyi məlum olub.

Bu məqsədlə dəstə üzvlərindən Zəkinin müraciəti əsasında Azərbaycan Respublikasının vətəndaşı İltimas Əliyev Şri-Lanka vətəndaşlarını əvvəlcə Bakı şəhərində yerləşdirib. Sonradan Zəkinin sifarişi ilə əcnəbilər dövlət sərhəddindən qanunsuz olaraq keçirilmək məqsədilə Yardımlı rayonu istiqamətində aparılarkən sax­la­nıl­ıb.

Keçirilmiş birgə araşdırma tərdbirləri nəticəsində qeyd olunan qa­nun­suz miqrasiya kanalının təşkilatçıları ifşa edilib.

Saxlanılmış əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kə­na­ra çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

İnform.az

Baxış sayı: 25