“Ya bilmirlər, ya da bazar söhbəti edirlər” - Xaqani Məmmədov

İnform.az-ın xəbərinə görə, bu sözləri apasport.az saytına açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
Sabiq FİFA referisi Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən “Real” – “Yuventus” matçının son dəqiqələrində qonaqların əleyhinə təyin olunan penalti epizodunu dəyərləndirib.
Məmmədov ingiltərəli referi Maykl Oliverin haqlı olduğu qənaətindədi: “Epizodla bağlı səslənən fikirlərin əksəriyyəti ya bilməməkdən irəli gəlir, ya da bazar söhbəti aparanlardı. Bəzən irad bildirirlər ki, sona 30 saniyə qalmış penalti vermək düzdün deyil. Problem ondadı ki, bu, son saniyələrdə baş verdi. Hadisə 5 dəqiqə əvvəl olsaydı, heç kim bu qədər danışmayacaqdı. Qaydada göstərilir ki, hakim 90 dəqiqə ərzində bütün qayda pozuntularını tənzimləyir. Həmin epizodda da qayda pozuntusu açıq-aşkardı. Hücumçu topu sinəsi ilə qəbul edib qapıya zərbə vurmaq istəyirdi. Müdafiəçi isə onu arxadan itələyirdi. Yeni qaydalara əsasən, rəqibi aşkar qol vurmaq imkanından məhrum etmək, yəni itələmək, tutmaq və ya dartmaq birmənalı şəkildə qırmızı vərəqədi. Orda da Medhi Benatiya qırmızı vərəqə almalı idi”.
Komitə sədrinin fikrincə, penalti qərarından sonra sərt etiraza görə meydandan qovulan “Yuventus”un qapıçısı Canluici Buffonu “sarı” ilə cəzalandırmaq kifayət edərdi: “Buffonun nümayişkaranə etiraz etməsinə hakim sarı vərəqə ilə kifayətlənə bilərdi. Ola bilsin ki, təhqiramiz ifadə işlədilib ki, qırmızı vərəqəyə əl atılıb. Yalnız təhqir olarsa, qırmızı vərəqə verilməlidi. Buffonun ordakı hərəkətləri isə qırmızı vərəqəlik deyildi. “Yuventus”un futbolçularına göstərilən sarı vərəqələrin də hamısında hakim düzgün addım atmışdı. Fikir verdinizsə, birinci hissədə meydana daxil olan Stefan Lixtştayner matçın sonuna qədər Ronaldonu tez-tez kobudluqla dayandırdı. Hətta hakim ikinci sarı vərəqə ilə onu meydandan qova da bilərdi”.
Qeyd edək ki, İtaliyada 3:0 hesablı qələbə qazanan “Real” öz meydanında 1:3 hesabı ilə məğlub olmasına baxmayaraq, yarımfinala adlayıb.
İnform.az
Baxış sayı: 20

Digər xəbərlər:

Karyerasında qırmızı vərəqə görməyən futbolçular –
27 may / 17:19
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib
24 noyabr / 16:18
AFFA klubu cəzalandırdı
17 noyabr / 15:52
AFFA futbolçunu cəzalandırıb
27 oktyabr / 15:07
AFFA 3 futbolçunu cəzalandırıb
20 oktyabr / 13:21
AFFA 5 klubu cəzalandırıb
20 oktyabr / 13:08
"İnter" hakimdən şikayət edib
05 oktyabr / 13:32
AFFA-dan klublara cəza
22 sentyabr / 14:47
AFFA cəzalandırdı
15 sentyabr / 15:29
"Barselona"dan antirekord
20 avqust / 12:46