Dünya
12.04.2018 / 16:36

“... ABŞ-ın kimyəvi silahlarını məhv etməklə başlayaq” – Zaxarova

“... ABŞ-ın kimyəvi silahlarını məhv etməklə başlayaq” –
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ABŞ prezidenti Donald Trampın silah yarışını bitirməyə çağıran tvitinə cavab verib.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, Zaxarova buna Birləşmiş Ştatların saxlamaqda davam etdiyi kimyəvi silahları məhv etməkdən başlamağı məsləhət görüb.

Öz “facebook” hesabından məsələ ilə bağlı açıqlama verən Zaxarova Amerikanın hələ də kimyəvi silahlardan imtina etmədiyini xatırladıb.

“Gözəl ideyadır. ABŞ hələ də kimyəvi silah depolarını saxlayır. Gəlin elə sizin bu silahlarınızdan canımızı qurtarmaqla başlayaq”, - deyə o qeyd edib.

İnform.az

Baxış sayı: 25