Hüquq
12.04.2018 / 16:13

Şübhə doğuran şəxs saxlanılıb

Şübhə doğuran şəxs saxlanılıbDİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan İnform.az-a verilən məlumata görə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində evlərdən pul və televizor oğurlayan şəxs saxlanılıb.

Şəmkir rayonu Qaçaq Kərəm küçəsinin sakini Elçin aprelin 9-da Rayon Polis Şöbəsinə müraciət edərək mənzilindən 4 min manat nağd pulun oğurlandığını bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Ülvi İsmayılov saxlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Aparılan istintaq tədbirləri zamanı müəyyən olunub ki, o, bir həftə ərzində daha 2 evdən oğurluq edib. Belə ki, aprelin 3-də həmin şəxs rayonun Məmməd Araz küçəsində bir yaşayış evindən 300 manat, dörd gün sonra isə Posanlı yaşayış massivindəki digər bir mənzildən televizor və 1000 manat nağd pul oğurlayıb.

Faktla bağlı Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.


Eşqin Qasımov/polis leytenantı

Baxış sayı: 183