Hüquq
12.04.2018 / 13:00

Xatirələr dilə gəldi

Xatirələr dilə gəldi"Albomu vərəqlədikcə bu illər necə gəlib, necə keçib heç özüm də bilməmişəm.
Vaxt su kimi axıb gedir, ancaq arxaya baxanda uzun bir yol görürəm.
Ömrünü dəyərli yaşamaq xöşbəxtliyi hamıya nəsib olsun”-deyir polis veteranı Elman Qurbanov.


Özünü ona görə xöşbəxt hiss edir ki, şərəfli bir həyat yaşayıb. Doğrudur, çox çətinliklərlə üzləşib, ancaq bu sınaqlardan üzüağ çıxıb. Necə deyərlər hər addımını ölçüb-biçən adamdı.
Ağdaş Rayon Polis Şöbəsinin Veteranlar Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Elman Qurbanov 40 ilə yaxın daxili işlər orqanlarında xidmət edib. Kürdəmir Rayon DİŞ-də xidmətə başlayıb. Burada sahə inspektoru, uzun müddət isə rəis müavini vəzifəsində çalışıb. 1993-cü ildə Ağdaş RPŞ-nin rəisi vəzifəsinədək yüksəlib. Daha sonra Ucarda cinayətkarların ifşa olunmasında, sabitliyin təmin olunmasında yüksək nəticələr əldə edib. Həmin vaxtlar öllkədə həm siyasi hərc-mərclik hökm sürür , eyni zamanda mənfur düşmənlərimiz doğma torpaqlarımıza hücuma keçmişdi. Döyüş bölgələrində dəfələrlə xidməti ezamiyyətdə olub, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib.

Müharibədən sonra Ağdaşda Mühafizə bölməsinin rəisi vəzifəsində xidmətinə davam edib. 1999-cu ildən təqaüdə getsə də, Ağdaş rayon icra hakimiyyətində bir sıra vəzifələrdə çalışıb. E.Qurbanov Veteranlar Şurasının sədri kimi də öz işini uğurla davam etdirir. Öz bilik və bacarıqlarını, təcrübəsini gənc əməkşlarla bölüşür, eləcə də cinayətlərin açılmasında onlarla yaxından köməklik göstərir. Orta məktəblərdə aktual mövzular barəsində şagirdlərlə tez-tez görüşlər təşkil edir, onları maarifləndirir.
Biz də qocaman əməkdaşımıza fəaliyyətində uğurlar arzu edir, ona can sağlığı diləyirik.

Mahir Məsimov/DİN Mətbuat Xidmətinin əməkdaşı

Baxış sayı: 29