Baş xəbər, Siyasət
12.04.2018 / 12:38

Ruhani İlham Əliyevi təbrik edib

Ruhani İlham Əliyevi təbrik edibİran İslam Respublikasının Prezidenti Həsən Ruhani İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Sizə yenidən Azərbaycan Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi çatdırıram. Bu seçkilər göstərdi ki, Azərbaycan xalqı hökumətin planlarını dəstəkləyir və Sizin rəhbərliyiniz altında ölkənin inkişaf yolunun davam etdirilməsində maraqlıdır. İran İslam Respublikası və Azərbaycan Respublikası arasında dostluq və qardaşlıq əlaqələrinin iki ölkənin hakimiyyətlərinin səyləri sayəsində davam edəcəyinə şübhə etmirəm. Allahdan sizin üçün sağlamlıq və müvəffəqiyyət, Azərbaycan xalqı üçün rifah diləyirəm”.

İnform.az

Baxış sayı: 27