"Orduda korrupsiya ümumi sistemdən irəli gəlir" - Sakuntsdan Hovhannisyana cavab

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhanisyanın bəyanatlarına münasibət bildirərkən erməni hüquq müdafiəçisi Artur Sakunts deyib.
Artur Sakunts bildirib ki, özünəqəsd və ölüm halları baxımından bəzi azalmalar olsa da, bu problem birdəfəlik həll edilmiş hesab olunmur.
O qeyd edib ki, təmsil etdiyi təşkilat tərəfindən son 10 il ərzində orduda baş verən ölüm hadisələrini izləyir. 2011-ci il, yoxsa 2012-ci ildə yalnız 1 il orduda baş verən ölüm hallarında azalma, yəni 32 ölüm faktı qeydə alınıb. Onun fikrincə, məsələ ümumi sistemdə problemin mövcud olmasından irəli gəlir. O, mina partlayışı, bədbəxt hadisələr, silahla diqqətsiz davranış halları, bütün bunların sistemdə mövcüd çatışmazlıqlardan meydana gəldiyini qeyd edib.
"İlk problem, ordu daxilində və ordu ilə əlaqəli sahələrdə mövcud olan korrupsiyanın aradan qaldırılmasıdır. Bu korrupsiyalara səbəb zabitlərin sosial təminatının aşağı olması, onların mənzil, tibbi və məişət probleminin həll edilməməsi, yəni kompleks problemlərin olmasıdır. Xidməti vəzifə borclarının layiqincə yerinə yetirilməsinə görə həvəsləndirmə mexanizmi yoxdur. Ermənistanın bütün sahələrində olduğu kimi, orduda da himayədarlıq sistemi hökm sürür. Hər şey zabitdən tələb olunduğuna görə, onu bu işi vicdanla görməyə sövq edəcək şərait yaradılmalıdır", - deyə Sakunts bildirib.
Himayədarlıq məsələsinə nümunə olaraq Vazgen Sarkisyan adına ali hərbi institutda kursantın öldürülməsi işini xatırladan Sakunts qeyd edir ki, həmin ölüm hadisəsini ali məktəb komandirinin müavininin oğlu törədib.
"Heç bir gələcək zabit buna mane olmayıb. Ona görə də bu hal orduda da yayılıb. Əgər zabitlər arasında “daydayısı” olanlar termini varsa, demək bu əsgərlər arasında da mövcuddur. Orduda əsaslı problemlər var. Bu problemlər 1,5-2 il ərzində həll edilməyəcək. İşlək mexanizmə malik sistem olmalıdır ki, belə hadisələrin qarşısını almağa qadir olsun. Məsuliyyətə cəlb edilməli, şikayət edilməli və təhlükəsizliyin təmin edilməsi üzrə sağlam orqanlar fəaliyyət göstərməlidir", - deyə erməni hüquq müdafiəçisi etiraz edib.
İnform.az
Baxış sayı: 56

Digər xəbərlər:

Ermənistanda Serj Sarqsyana qarşı cinayət işinin açılmasını tələb edirlər
09 aprel / 16:40
Qadınların orduda xidmət etməsinə icazə verildi-
07 aprel / 11:03
Ermənistan MN-in saxtakarlığı ifşa edildi...
05 aprel / 15:01
Polkovnik Ş. Ramaldanov:
11 yanvar / 22:40
Ölüm hökmünün bərpası ilə bağlı referendum keçirilə bilər-
24 fevral / 23:10
Ermənistan ordusu böyük itki verib -
09 fevral / 11:40
Robert Koçaryan erməni ordusunun zəifliyindən danışıb
01 iyun / 18:05
Cəbhədə 20-yə yaxın erməni hərbçi məhv edilib
18 dekabr / 14:29
Erməni komandirin
16 dekabr / 16:44
Zakir Həsənov şəxsi heyət üzrə rəhbər zabit heyətinin nümayəndələri ilə gör ...
16 oktyabr / 21:08