Gündəm, Siyasət
12.04.2018 / 10:40

“MSK Prezident seçkilərinə aprelin 21-dək yekun vuracaq”- Şahin Əsədli

 “MSK Prezident seçkilərinə aprelin 21-dək yekun vuracaq”-Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də keçirilmiş Prezident seçkilərininə aprelin 21-dək yekun vuracaq.

İnform.az-ın xəbərinə görə, MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli “Report”a açıqlamasında deyib ki, qanunvericiliyə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə prezident seçkilərinə yekun vurur və nəticələri təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə təqdim edir.

O bildirib ki, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində rəsmən elan edir: “Konstitusiya Məhkəməsinin bu barədə qərarı qətidir”.

İnform.az

Baxış sayı: 176