Gündəm, Siyasət
12.04.2018 / 10:56

“Seçkilərdə qadınlar kişilərdən daha fəal idilər”- Necdet Ünüvar

“Seçkilərdə qadınlar kişilərdən daha fəal idilər”-"Biz dünən günboyu bir neçə seçki məntəqəsində səsvermə prosesini izlədik. Səsvermə zamanı təhlükəsizlik tədbirləri yüksək səviyyədə idi".

İnform.az APA-nın xəbərinə istinadən bildirir ki, bunu Türkiyə - Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar deyib. Seçkilərin azad və demokratik mühitdə keçirildiyini bildirən N. Ünüvarın sözlərinə görə, səsvermə zamanı hər hansı qarşıdurma yaşanmayıb: "Seçkilərdə qadınlar kişilərlə müqayisədə daha fəal idilər.
Prezident seçkilərində qələbə münasibətilə İlham Əliyevi təbrik edirik. Azərbaycanın daha da inkişaf etməsini arzulayırıq".

İnform.az

Baxış sayı: 116