Diaspora Akademiyası, Dünya
11.04.2018 / 18:46

Azərbaycanlılar həmrəylik aksiyası keçiriblər- Fransada

Azərbaycanlılar həmrəylik aksiyası keçiriblər-

Fransada yaşayan azərbaycanlılar aprelin 11-də Parisdə həmrəylik aksiyası keçiriblər.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, aksiya iştirakçıları əllərində "Biz fəxir edirik ki, azərbaycanlıyıq", "Dövlətçilik maraqlarımızın ətrafında sıx birləşək", "Hər zaman hər yerdə səninləyik Azərbaycan", "Vətənimizin qüruru bizim qürurumuzdur" və başqa şüarlar yazılmış plakatlar tutublar.

Onlar Azərbaycanda baş verən hər bir hadisəni həyəcanla izlədiklərini və dəstəklədiklərini bildiriblər.

Hər birinin qəlbi Azərbaycan ilə döyünən Fransada yaşayan azərbaycanlılar Azərbaycanda gedən inkişafı böyük sevinclə izlədiklərini, bu gün Azərbaycanın tarixi boyü ən qüdrətli dövlətçilik dövrünü yaşadığını vurğulayıblar. Bununla yanaşı xaricdən vətənimiz Azərbaycana qarşı hər hansı bir çirkin cəhdi və təxribatı qətiyyətlə pisləyiblər.

Soydaşlarımız Fransadakı Azərbaycan diasporasının daha sıx birləşməsinin vacibliyinə də toxunublar.

İnform.az

Baxış sayı: 22