Dünya, Siyasət
11.04.2018 / 18:25

XİN Trampın sözlərinə reaksiya verib- Rusiya

 XİN Trampın sözlərinə reaksiya verib-"Ağıllı raketlər bir neçə ildir öz ərazisində beynəlxalq terrorçuluqla mübarizə aparan qanuni hökumətə deyil, terrorçular tərəfə uçmalıdır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Facebook" səhifəsində yazıb.

"Bəs, görəsən Kimyəvi Sİlahların Qadağan Olunması Təşkilatının müfəttişlərini xəbərdar ediblərmi ki, indi ağıllı raketlər kimyəvi silahın tətbiq olunduğuna dair yerdəki bütün sübutları məhv edəcək? Bəlkə bütün düşüncə elə ondan ibarətdir ki, provokasiyanın bütün izlərini ağıllı raket zərbələri ilə silsinlər və beynəlxalq müfəttişlərin sübut qismində nəsə axtarmasına ehtiyac qalmasın?" - deyə M. Zaxarova bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp "Twitter"də dünyada sensasiya doğuran qeyd paylaşıb. "Rusiya Suriyaya doğru buraxılan bütün raketləri vuracağını vəd edir. Hazırlaş, Rusiya, raketlər gəlir - yaxşı, yeni, "ağıllı" raketlər", - deyə o, yazıb.

İnform.az

Baxış sayı: 180