Dünya, Hadisə
11.04.2018 / 11:45

Avropanı Rusiyaya qarşı qoyan Skripalın qızının saxlanıldığı yer Bilindi

Avropanı Rusiyaya qarşı qoyan Skripalın qızının saxlanıldığı yer

Yuliya Skripal təhlükəsizliyi təmin edilməsi məqsədilə möhkəm mühafizə olunur.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş polkovniki Sergey Skripalın qızı Yuliya Skripal hazırda hərbi bazalardan birindəki hospitaldadır.

İnform.az
Real TV-yə istinadən xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb. Verilən məlumata görə, keçmiş polkovnik Sergey Skripalın qızı Yuliya Skripal təhlükəsizliyin təmin edilməsi məqsədilə möhkəm mühafizə olunur.

“Onun şəxsi təhlükəsizliyinin təmin edilməsi, eləcə də sağlamlığına nəzarət edilmısi üçün hazırda hərbi bazanın hospitalındadır. Yuliya Skripal sinir-iflic qazı ilə zəhərlənib və bunun nə ilə nəticələnəcəyi məlum deyil. Həmin zəhərin təsiri istənilən vaxt özünü göstərə bilər”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, martın 4-də Böyük Britaniyanın Solsberi şəhərindəki pizza evlərindən birində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya huşsuz vəziyyətdə tapılıb. Britaniya hökumətinin rəyinə görə, onları Rusiya istehsalı olan "Noviçok" adlı zəhərlə zəhərləyiblər.

Aprelin 3-də isə müəyyən edilib ki, Böyük Britaniya Porton Daun laboratoriyasının mütəxəssisləri Skripal və qızı Yuliyanın zəhərləndiyi "Noviçok" maddəsinin Rusiya mənşəli olduğunu sübut edə bilməyib. Aprelin 10-da Y.Skripalın Solsberi xəstəxanasından çıxarılaraq, təhlükəsiz yerə yerləşdirilməsi barədə məlumat yayılmışdı.

Britaniya hökuməti S.Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib və bu işdə Moskvanı ittiham edib. Bu hadisə ABŞ başda olmaqla Qərb ölkələri ilə Rusiya arasında yeni böhranın yaranmasına səbəb olub. Rusiya tərəfi isə ittihamları qəti şəkildə rədd edib, amma istintaqla bağlı əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

İnform.az

Baxış sayı: 187