İdman
10.04.2018 / 17:55

"Barselona" 19 yaşlı futbolçuya nə qədər ödəyəcək

"Barselona" 19 yaşlı futbolçuya nə qədər ödəyəcək
İspaniyanın "Barselona" klubu Almaniyanın "Leyptsiq" komandasının 19 yaşlı futbolçusu Dayo Upamekanonu transfer etmək niyyətindədir.

İnform.az "Report"-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi fransalı müdafiəçi üçün 100 milyon avro ödəməyə hazırdır.

Əslən qvineyalı olan oyunçu ilə İngiltərənin "Arsenal" və "Mançester Yunayted", İtaliyanın "Milan" və Almaniyanın "Bavariya" klubları da yaxından maraqlanır.

Qeyd edək ki, Dayo Upamekano 2017-ci ildən "Leyptsiq"də çıxış edir. O, cari mövsüm bütün turnirlər daxil olmaqla, 36 oyun keçirib və 1 qola imza atıb.

İnform.az

Baxış sayı: 101