Hüquq
10.04.2018 / 14:20

köşkdən oğurluq etmək istəyən şəxs mühafizə polisləri tərəfindən saxlanılıb FOTO

köşkdən oğurluq etmək istəyən şəxs mühafizə polisləri tərəfindən saxlanılıbÖlkəmizdə fiziki və hüquqi şəxslərə məxsus obyektlər, mənzillər Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin (BMİ) əməkdaşları tərəfindən etibarlı şəkildə qorunur.

DİN-in Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, bu istiqamətdə Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə, o cümlədən oğurluq cinayətlərinin qarşısının vaxtında alınması işi uğurla davam etdirilir.

Belə ki, aprelin 4-də gecə saatlarında Bakıxanov qəsəbəsində xidmət aparan mühafizə polisinin əməkdaşları naməlum şəxsin köşklərdən birindən oğurluq etməsinin şahidi olublar.

Həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşlarının çevikliyi sayəsində saxlanılaraq bölməyə təhvil verilib.

Bölmədə onun şəxsiyyəti dəqiqləşdirilib və məlum olub ki, oğurluq etməyə cəhd göstərən şəxs Gürcüstan vətəndaşı Nicat Yolçuyevdir.

Bölmədə onun üzərində şəxsi axtarış aparılan zaman 2 büküm narkotik maddə olan qurudulmuş marixuana və kəsici-deşici alətlər aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs barəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

N.Yolçuyevin başqa hansısa cinayətdə iştirak edib-etmədiyi araşdırmalardan sonra məlum olacaq.

köşkdən oğurluq etmək istəyən şəxs mühafizə polisləri tərəfindən saxlanılıb


köşkdən oğurluq etmək istəyən şəxs mühafizə polisləri tərəfindən saxlanılıb


köşkdən oğurluq etmək istəyən şəxs mühafizə polisləri tərəfindən saxlanılıb


İnform.az

Baxış sayı: 231