Baş xəbər, Sağlamlıq
09.04.2018 / 17:08

Dövlət rəsmisi gələn il üçün əhaliyə müjdəni verdi - VİDEO

Dövlət rəsmisi gələn il üçün əhaliyə müjdəni verdi -
Ölkə üzrə icbari tibbi sığorta gələn il tətbiq edilə bilər.

İnform.az Real TV-yə istinadən xəbər verir ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiq sahəsi bu il daha da genişləndiriləcək. Prezident İlham Əliyevin sərəcamı ilə ayrılan 18 milyon manat vəsait hesabına bu il icbari tibbi sığortadan Ağdaş rayon sakinləri də yararlanmağa başlayıblar. Bununla da pulsuz səhiyyə xidməti alan vətəndaşların sayı 300 minə çatıb.

Azərbaycanda İcbari tibbi sığorta 2017-ci lin yanvar ayından pilot layihə olaraq tətbiq olunur.

Tibbi Sığorta Departamentinin rəhbəri Vüqar Qurbanovun sözlərinə görə, bu müddət ərzində müalicə müayinə ilə yanaşı bir sıra əməliyyatlar da həyata keçirilib.

İcbarit tibbi sığorta agentliyinin rəsmisi Vüqar Qurbanov bildirdi ki, gələn il ölkədə icbari tibbi sığorta ölkədə tam tətbiq edilə bilər, bunun üçün müvafiq addımlar da atılıb.



İnform.az

Baxış sayı: 35