Mədəniyyət, Qarabağ
24.07.2015 / 13:30

“İşğal olunmuş istedadlar diyarı” filmi çəkilib

“İşğal olunmuş istedadlar diyarı”  filmi çəkilib

Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin (SİMİB) sədri Anar Xəlilovun İnform.az-a verdiyi məlumata görə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-ə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanın işğal olunmuş ərazilərində doğulan görkəmli şəxsiyyətlər” adlı ingilis və rus dillərində sənədli filmin hazırlanması ilə bağlı layihəsini başa çatdırıb.
Layihə çərçivəsində ingilis və rus dillərində “İşğal olunmuş istedadlar diyarı” adlı sənədli film çəkilib. Film erməni saxtakarlığına qarşı Azərbaycanın Qarabağ bölgəsinin tarixi şəxsiyyətləri haqqındadır. Layihədə işğal altında qalan ərazilərimizin Azərbaycana məxsusluğunun sübutu istiqamətində bu ərazilərdə doğulan yerli azərbaycanlılar arasında formalaşan tarixi şəxsiyyətlərin dünyaya və ölkəmizə verdiyi elmi, mədəni, ictimai-siyasi fəaliyyətləri ilə verdikləri töhfələr haqqında məlumatlar öz əksini tapıbdır. Bu yaxınlarda saxtalığa alışmış erməni təbliğat maşını sosial şəbəkələrdə rus dilində “Qarabağın erməni şəxsiyyətləri” haqqında film yaymışdılar. Filmdə saxta obrazlarla yanaşı bəzi türk əsilli Azərbaycanın tarixi şəxsiyyətləri də erməniləşdirilərək təqdim olunmuşdur. Heç bir faktlara söykənməyən saxtakarlıqlarla dünya ictimaiyyətini çaşdırmağa səy göstərirlər. Hesab edirik ki, bu filmin hazırlanması ilə biz bu çirkin təbliğatın qarşısının alınması istiqamətində öz töhfəmizi vermiş olduq.
Xatırladaq ki, SİMİB buna qədər üç dildə "Qarabağ abidələri", "Qarabağ yaddaş" kitablarını, ingilis dilində Qarabağın Xristian abidələri kitabını, və ingilis dilində "Qafqazın konservatoriyası" və “Qarabağın mədəniyyət xəzinələri” filmlərini hazırlamışdır.

Baxış sayı: 576