Diaspora Akademiyası, Baş xəbər
09.04.2018 / 13:15

Brüsseldə yaşayan azərbaycanlılar həmrəylik aksiyası keçiriblər - FOTO

Brüsseldə yaşayan azərbaycanlılar həmrəylik aksiyası keçiriblər -
Avropa Azərbaycanlıları Konqresi, Benilüks Azərbaycanlıla Konqresinin birgə təşkilatçılığı ilə Brüssel şəhərində ölkəmizin Belçika Krallığındakı səfirliyi və Avropa Birliyindəki daimi nümayəndəliyinin binası qarşısında bu ölkədə yaşayan azəbaycanlıların həmrəylik aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən İnform.az-a verilən məlumata görə, aksiyada iştirak edən soydaşlarımız Avropada yaşayan azərbaycanlıların öz tarixi vətənlərinin milli maraqlarını hər zaman müdafiə etdiklərini vurğulayıblar.

Qeyd olunub ki, Azərbaycanın əldə etdiyi uğurlar, artan iqtisadi və hərbi gücü, yüksələn beynəlxalq nüfuzu hər bir azərbaycanlıda qürur hissi doğurur. Bildirilib ki, bu gün dünya azərbaycanlıları azərbaycançılıq ideyası ətrafında sıx birləşərək, xalqımızın və dövlətimizin mənafelərini qorumaq üçün həmrəylik nümayiş etdirir. Aksiya iştirakçıları bəzi anti-Azərbaycan qrupların ölkənin imicini ləkələməyə istiqamətlənmiş fəaliyyətini pisləyib.

Bir qrup vətənpərvərlik hisslərindən məhrum şəxsin heç bir etik çərçivə gözləmədən dövlətin ünvanına söylədiyi təhqirlərin milli-mənəvi dəyərlərimizə laqeydliyin təzahürü kimi qiymətləndirən soydaşlarımız bu insanların azərbaycanlılar adından danışmaq haqqı olmadığını vurğulayıblar. Aksiyada “Hər zaman, hər yerdə səninləyik, Azərbaycan!”, “Vətəndən kənarda Vətənin adını uca tutun!”, “Azərbaycan Suriya deyil, olmayacaq da!”, “Bizim gücümüz birliyimizdədir!" kimi şüarlar səsləndirilib.

Daha sonra aksiya iştirakçıları Azərbaycanın Belçika Krallığındakı səfirliyində yaradılmış məntəqə seçki komissiyasında olublar. Azərbaycan diasporunun üzvlərinə seçkiyə hazırlıq prosesi, seçki məntəqəsində yaradılmış şəraitlə bağlı məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Mərkəzi Seçki Komissiyasının və Xarici İşlər Nazirliyinin müvafiq təlimatlarına uyğun oçaraq seçki məntəqəsində seçicilərin öz iradələrini sərbəst şəkildə ifadə etmələri üçün hər cür şərait yaradılıb.

Brüsseldə yaşayan azərbaycanlılar həmrəylik aksiyası keçiriblər -


Brüsseldə yaşayan azərbaycanlılar həmrəylik aksiyası keçiriblər -


İnform.az

Baxış sayı: 25