Dünya, Hadisə
09.04.2018 / 13:13

İstanbulun mərkəzində hoteldə ATIŞMA - Ölən və yaralananlar var

İstanbulun mərkəzində hoteldə ATIŞMA - Ölən və yaralananlar var
İstanbulun mərkəzində Taksim meydanında hotellərin birində atışma baş verib.

İnform.az
Trend-in məlumatına istinadən bildirir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Həlak olan və yaralanan şəxslərin şəxsiyyəti və vətəndaşlığı barədə məlumat verilməyib.

Atəş açan şəxs hadisə yerindən uzaqlaşa bilib. Hazırda həmin şəxsin tapılması istiqamətində operativ işlər aparılır.

Hadisənin baş vermə səbəbləri məlum deyil.

Fakt araşdırılır.

İnform.az

Baxış sayı: 241