Diaspora Akademiyası, Baş xəbər
09.04.2018 / 13:01

Belarus televiziyası Azərbaycan mətbəxi haqqında veriliş hazırlayıb

Belarus televiziyası Azərbaycan mətbəxi haqqında veriliş hazırlayıb

Belarus Azərbaycan İcmaları Konqrersinin təşəbbüsü ilə Belarus Respublikasının Milli Dövlət Teleradio Kompaniyasının (Belteleradiokompaniya) yüksəkreytinqli verilişlərindən biri olan “Kulinariya diplomatiyası”nın növbəti buraxılışı Azərbaycan mətbəxinə həsr olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən İnform.az-a verilən məlumata görə, proqramda Belarus Azərbaycan İcmaları Konqresinin İdarə Heyətinin üzvü Gülnarə İmanova və təşkilatın fəal üzvlərindən biri Olesya Kosokina Azərbaycanın zəngin milli mətbəxi haqqında Belarus tamaşaçılarına məlumat veriblər.

Bildirilib ki, 2000-ə yaxınxörək növü olan Azərbaycan milli mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir.Azərbaycan ərazisində olan doqquz iqlim qurşağının, flora və faunasının zənginliyinin eyni zamanda mətbəxin də rəngarəngliyinə təsir etdiyi diqqətə çatdırılıb.

Azərbaycan kulinariyasının öz tarixinə və özünəməxsusluğuna görə digər qonşu xalqların mətbəxindən xeyli fərqləndiyi vurğulanıb, dolma, plov, piti və digər Azərbaycan xörəkləri haqqında geniş danışılıb

Verilişdə, eyni zamanda Belarus Azərbaycan İcmaları Konqresinin Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi milli mətbəxin təbliğinə xüsusi önəm verdiyi vurğulanıb. Bu məqsədlə təşkilat vaxtaşırı beynəlxalq kulinariya festivallarında Azərbaycanın təmsilçiliyini dəstəkləyir, Azərbaycan milli mətbəxinə həsr olunmuş verilişlərin yayımını təşkil edir və digər fəaliyyətlər həyata keçirir.

İnform.az

Baxış sayı: 106