Dünya, İqtisadiyyat
07.04.2018 / 09:41

Avropanın ən varlı adamının adı açıqlanıb

Avropanın ən varlı adamının adı açıqlanıbAvropanın ən varlı adamı "Louis Vuitton Moёt Hennessy" şirkətlər qrupunun prezidenti Bernan Arno olub.

İnform.az-ın xəbərinə görə, bu barədə Trend "Bloomberg" agentliyinə istinadən xəbər verir.

Bernan Arno ən varlı insanların dünya reytinqində isə dördüncü yerdədir. Onun sərvəti 70,7 milyard dollar təşkil edir.

Avropa reytinqində Arnonun ardınca "Indıtex" şirkətinin yaradıcısı və sabiq prezidenti ispaniyalı Amansio Ortequ gəlir.

Dünya reytinqdinin ilk üçlüyünə həmçinin "Amazon" şirkətinin yaradıcısı Ceff Bezos, "Microsoft"un yaradıcısı Bill Geyts və amerikalı sahibkar Uorren Baffett daxildirlər.

İnform.az

Baxış sayı: 202