Dünya, Siyasət
07.04.2018 / 08:30

Tramp Putinlə görüşə hazırlaşır

Tramp Putinlə görüşə hazırlaşır Ağ Ev “Moskvaya qarşı tətbiq edilən yeni sanksiyalara baxmayaraq görüş baş tutacaq”.

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin görüşünə hazırlıq davam edir.

Real TV “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Sara Sanders bildirib. Onun sözlərinə görə, iki liderin görüşünün təxirə salınması barədə söhbət gedə bilməz.

“ABŞ rəsmi Moskvaya qarşı tətbiq edilən yeni sanksiyalara baxmayaraq Donald Tramp və Vladimir Putinin görüşünə hazırlığı davam etdirəcək. Prezident Tramp Rusiya ilə yaxşı münasibətlərin tərəfdarıdır, lakin bu rəsmi Moskvanın hərəkətlərindən asılıdır. Eyni zamanda prezident Tramp Rusiyaya qarşı sərt siyasət aparmaqda davam edəcək”, - deyə S.Sanders qeyd edib.

Qeyd edək ki, aprelin 6-da ABŞ Rusiyanın 17 dövlət məmuru, 7 iş adamı və 12 şirkətinə qarşı yeni sanksiyalar tətbiq edib.

İnform.az

Baxış sayı: 213