Şərhlər
06.04.2018 / 22:16

Armyanski, Şaumyan, Spandanyan, Suren Osipyan və başqaları...

Armyanski, Şaumyan, Spandanyan, Suren Osipyan və başqaları...İbrahim Nəbioğlunun facebook səhifəsindən:

Armyanski, Şaumyan, Spandanyan, Suren Osipyan, Lalayev, Knunyants, Kasparov, Sisiyanski, Kamo, Beqlyasrovski, Mirzoyan, Tumanyan, Avakyan və b.

Aspiranturanı bitirib yenicə müdafiə etmişdim. Neft və Kimya institutunun kafedralarından birində iri əndamlı, göstərişli, 30-35 yaşlarında bir qadın çalışırdı. Familiyası Kaçaznuni idi, bəziləri onun yunan, bəziləri isə gürcü olduğunu deyirdilər. Qadın o qədər özündən razı, azərbaycanlılara o qədər yuxarıdan aşağı baxırdı ki, bir gün səbr kasam daşdı. Koridorda onu tək görüb, ayaq saxlatdırdım, Ovannes Kaçaznunini (Daşnak partiyasının liderlərindən biri, 1918-19-cu illərdə Ermənistan Respublikasının Baş naziri) tanıyıb tanımadığını soruşdum. Qıpqırmızı qızardı, duruxub tanıdığını və hətta onunla uzaqdan qohum da olduğunu dedi. Qarabağ hadisələrinin təzə başladığı vaxt idi, ondan belə cürət gözləmirdim. Məni təhdid edib, rektora şikayət edəcəyini dedi.

İki gün sonra institutda çalışan yekəpərin biri qabağımı kəsdi. Məni kənara çəkib, anti-kommunist təbliğatı aparığımı və buna görə də müvafiq orqanlara bildirəcəyini dedi. Kaçaznuni məni satmışdı. Bütün təbliğatım da ondan ibarət idi ki, kafedrada Bağdasar Avakyana söymüşdüm…

Bakının ən mərkəzi və ən bilinən küçələri Şaumyan, Spandaryan, Suren Osipyan, Armyanski, Lalayev, Knunyants, Kasparov, Sisiyanski, Kamo, Beqlyarovski, Mirzoyan, Tumanyan, Avakyan və b. ermənilərin adlarını daşıyırdı.

Bunların içində təbii ki, ən gözəli Xəzərin beş addımlığında, inci kimi Bulvara paralel düzülmüş Şaumyan küçəsi idi. Ancaq o vaxt mənə ən çox yer edən doğulduğum şəhərin ən önəmli prospektlərindən birinin terrorist Şaumyanın ən yaxın silahdaşı, erməni cəlladı Bağdasar Avakyanın adına olması idi.

"Azərbaycan" nəşriyyatı burada yerləşdiyi üçün ölkəmizdə çıxan bütün qəzet və jurnallar unvanlarını "Avakyan küçəsi, 529-cu məhəllə" göstərirdilər.

"Bakı" və "Baku" qəzetlərinin əfsanəvi Baş redaktoru Nəsir İmanquliyev Azərbaycan Jurnalistlər İttifaqının 80-ci illərdə keçirilən qurultayında məsələ qaldıraraq küçəni "Mətbuat prospekti" adlandırmağı təklif etmişdi. O dövrdə bu təklifi dilə gətirmək böyük cəsarət tələb edirdi.

Biz də - akademik Azad Mirzəcanzadənin yetirmələri kafedranın içində Nəsir İmanquliyevin bu təklifini müzakirə edir, doğma şəhərimizə sahib çıxmaq istəyirdik. Və Kaçaznuninin məni satmasını fürsət bilən "sapı özümüzdən olan" simasızlar məni və dostlarımı sıxışdırmağa təşəbbüs belə edə bilmədilər. Çox keçmədən Azərbaycan müstəqilliyini bərpa etdi, Kaçaznuni isə Moskvaya köçdü…

AVAKYAN - MƏTBUAT PROSPEKTİ

Armyanski, Şaumyan, Spandanyan, Suren Osipyan və başqaları...


İnform.az

Baxış sayı: 74