Hüquq
06.04.2018 / 19:00

Hünər yolu...

Hünər yolu...
Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlər başlayanda daxili işlər orqanlarının da əməkdaşları arasında Ağamusa Abdullayev də əlində silah cəbhəyə yollanıb.

1957-ci ildə Ucar rayonu Alpı kəndində anadan olub. Orta ixtisas təhsilini başa vurduqdan sonra 1975-ci ildə həqiqi hərbi xidmətə yollanıb.1977-ci ildə hərbi hissənin göndərişi ilə Estoniya Respublikasının Piarno şəhər daxili işlər şöbəsində milis nəfəri kimi xidmətə qəbul olub. 1988-ci ildə doğma vətənə qayıdan A.Abdullayev Bakı şəhər Nizami rayon daxili işlər idarəsində çalışıb. Bir müddət sonra xidmətini Ucar Rayon Polis Şöbəsində davam etdirib.

Erməni təcəvüzkarlarının torpaqlarımıza və xalqımıza qarşı törətdikləri vəhşiliklərin qarşısını almaq məqsədi ilə milis baş serjantı Ağamusa Abdullayev dəfələrlə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Son döyüşü Fizuli rayonunun Qaraxanbəyli kəndində olub.

Şəhidimizin keçdiyi hünər yolunu bu gün oğlu, polis leytenantı Ramil Abdullayev şərəflə davam etdirir. Ucar RPŞ-də nümunəvi xidmət aparan R.Abdullayevin ən böyük arzusu atasının canını fəda etdiyi vətənimizin ərazi bütövlüyünun təmin edilməsidir.

Toğrul Nəsirli/polis leytenantı

Baxış sayı: 335