Hüquq
06.04.2018 / 16:17

Hərəkətin təhlükəsizliyinə daha çox diqqət yetirilir

Hərəkətin təhlükəsizliyinə daha çox diqqət yetirilirXızının yolları yay-qış qonaq qaralı olur.

Buradakı istirahət mərkəzlərinə ölkəmizdən, eləcə də xarici dövlətlərdən istirahətə üz tutanlar ildən-ilə çoxalır. Bu isə yollarda xidmətin nümunəvi təşkil olunmasını və aparılmasını, qəzaların sayının minimuma endirilməsinə yönəlmiş tədbirlərin nəzarətdə saxlanılmasını tələb edir. Xızı RPŞ DYP əməkdaşı, polis leytenantı Əli Cavadov bu tədbirlər sırasında əhali arasında yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün profilaktiki tədbirlər görüldüyünü bildirib.

Müsahibim yol polisinin işinin indi daha çox məsuliyyət tələb etdiyini bildirərək qeyd etdi ki, ölkəmizdə piyada, sərnişin və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin olunması üçün polis əməkdaşları üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Xızıda yol patrul xidməti inspektorları şəhərinin mərkəzi küçələrində, xüsusilə də piyadaların və avtomobillərin sıxlıq təşkil etdiyi ərazilərdə mütəmadi reydlər keçirir, qayda pozuntularına yol vermiş sürücülər barəsində inzibati qaydada tədbirlər görürlər. Sevindirici haldır ki, görülən tədbirlər də öz bəhrəsini verir.

Artır yol nəqliyyat hadisələrinin sayı azalıb, piyada vurma hadisələrin göstəricisi minimuma enib.

Nizam Həmidov/Polis leytenantı

Baxış sayı: 233